Xəbər lenti

"10 gün yağış yağacaq, səma da bizim üçün çalışır" - Aleksey Arestoviç
Dünya17:38 10.04.2022

"10 gün yağış yağacaq, səma da bizim üçün çalışır" - Aleksey Arestoviç

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ruslar bölgə mərkəzinə hücum əməliyyatını davam etdirmək üçün Xarkov yaxınlığında ehtiyatlar cəmləşdirir".
Qaynarinfo xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, indi hava şəraiti Rusiya qoşunlarına sürətli hücuma imkan verməyəcək.
"Xarkov vilayətində düşmən ehtiyatlarını cəmləşdirir. Amma yaxın 10 gündə hava yağıntılı olacaq. Hətta 50 mm yağıntı proqnozlaşdırılır. Bu o deməkdir ki, düşmənin hücumu çox çətin olacaq. Gördüyünüz kimi, səma da bizim üçün çalışır".
Aydın