Kir Starmer Böyük Britaniyanın son 10 ildə istefa verən altıncı baş naziri olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News” məlumat yayıb.
24 iyunda Devid Kameronun istefasının 10 illiyi tamam olur. Tereza Mey 2019-cu ildə, Boris Conson və Liz Trass isə 2022-ci ildə istefa veriblər. Nəhayət, Rişi Sunak 2024-cü ildə onun partiyasının ümumi seçkilərdə məğlubiyyətindən sonra istefa verib. Həmin seçkilərdə Starmerin partiyası inamlı qələbə qazanıb. Təxminən iki il sonra o da istefa verib.
22 iyunda Böyük Britaniyanın baş naziri Kir Starmer Leyboristlər Partiyasının lideri vəzifəsindən gedəcəyini açıqlayıb. O, qərarını anlayış və hörmətlə qəbul etdiyini bildirib. Onun sözlərinə görə, parlamentdəki Leyboristlər fraksiyası gələcək ümumi seçkilərdə partiyanı idarə etmək üçün onu ən yaxşı namizəd hesab etmədiyini bildirib və o da bu qərarla razılaşıb.
Starmer vurğulayıb ki, bütün qərarları ölkənin xeyrinə yönəlib. Bu səbəbdən o, Leyboristlər Partiyasının lideri postunu tərk edəcəyini elan edib. O, həmçinin qərarı barədə Kral III Çarlza məlumat verdiyini bildirib.
Aydın
Şərhlər