Federal Hava Nəqliyyatı Agentliyi Moskva və Moskva vilayətində pilotsuz təyyarələrin hücumu nəticəsində Vnukovo və Domodedovo hava limanlarında uçuşların qəbulu və göndərilməsinə müvəqqəti məhdudiyyətlərin qoyulması ilə nəticələndiyini bildirib.
Qaynarinfo
xəbər verir ki, bu səbəbdən on təyyarə alternativ aerodromlara eniş edib.
"Alternativ aerodromlardakı məhdudiyyətlərə görə on təyyarə eniş edib. Uçuşda olan daha 6 təyyarənin ekipajları marşrutları yenidən hesablayıb, dispetçer xidmətləri ilə razılaşdırılaraq uçuş planlarını dəyişib və hava məkanından istifadəyə qoyulan məhdudiyyətlər götürüldükdən sonra təyinat aeroportlarına eniş ediblər”, - deyə idarənin mətbuat xidmətindən bildirilib. Federal agentlik bildirib ki, məhdudiyyətlər Moskva vaxtı ilə saat 5:25-də götürülüb.
Daha əvvəl bildirilmişdi ki, Moskva vilayəti üzərində səmada görünən PUA-lar və hava hücumundan müdafiə sistemlərinin işləməsi səbəbindən Domodedovoda 20, Vnukovoda isə 9 uçuşun enişi təxirə salınıb. Bundan başqa, Vnukovoya üç reysin uçuşu da gecikib.
Bu gecə Moskva meri Sergey Sobyaninin verdiyi məlumata görə, şəhərə doğru hərəkət edən iki pilotsuz təyyarə Mərkəzi Dairəvi Yol yaxınlığında və Kaluqa vilayəti üzərində vurulub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri pilotsuz uçan aparatları uğurla məhv edib, insident zamanı itki olmayıb.
Alpər