
ABŞ-ın Hyuston şəhərində polis 10 yaşlı qızı həbs edib.
Qaynar.info xəbər verir ki, qız 4 yaşlı oğlan uşağına təcavüz etməkdə ittiham olunur. Qızın anası isə ittihamları rədd edərək, uşağının sadəcə oynadığını deyib.
"O sadəcə uşaqdı, pis hərəkət edəcəyini də bilmirdi" deyə ana qətiyyətlə bütün ittihamları rədd edib.
Hadisə bu ilin aprelində baş versə də, qızın haqqında cinayət işi bir neçə gün əvvəl açılıb.
Qız hazırda azyaşlıların saxlanıldığı məntəqədə qalır. Cinayəti sübuta yetirilərsə, 10 yaşlı qız seksual cinayətkar kimi qeydiyyata düşəcək.
Qaynar.info