Xəbər lenti

10 yaşlı uşaq anasını xilas etmək üçün atasını bıçaqladı
Ölkə15:29 24.06.2016

10 yaşlı uşaq anasını xilas etmək üçün atasını bıçaqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moskvada 10 yaşlı uşaq anasını müdafiə etmək üçün atasını bıçaqlayıb.

Qaynarinfo.az anspress-ə istinadən bildirir ki, hadisə Moskvanın qərbində yerləşən Odintsovski rayonunda baş verib. Aralarında mübahisə düşən valideynlər dalaşmağa başlayıblar. Daha sonra əsəblərinə hakim ola bilməyən ər arvadını boğmağa başlayıb. Baş verənləri izləyən azyaşlı anasını xilas etmək üçün bıçağa əl atıb.

Qışqırıq səslərinə gələn qonşular polis çağırıblar. Balaca oğlan polisə ifadəsində bildirib ki,  atasının anasını döyməsi və alçatması ilk dəfə baş vermir. Lakin bu dəfə özünü saxlaya bilməyən balaca atasını bıçaqlamaq məcburiyyətində qalıb. 

Oğlu tərəfindən bıçaqlanan atanın vəziyyəti ağırdır. Sinəsindən bıçaq yarası alan kişinin ciyərlərindən biri işləmir. Həkimlər onun həyatını xilas etməyə çalışırlar.

Qaynarinfo.az