Xəbər lenti

100 min manatlıq iş təklifi
Dünya18:41 21.04.2016

100 min manatlıq iş təklifi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Krallığı kraliça II Elizabetin qatıldığı tədbirləri “Facebook” və “Twitter”də paylaşacaq sosial şəbəkə redaktoru axtarır.
Bukinqem sarayından verilən açıqlamada sosial şəbəkə redaktorunun ildə 50 min sterlinq (təxminən 100 min manat) əmək haqqı alacağı bildirilir.
“Bundan əlavə, ona ildə 33 günlük tətil, ödənişsiz günorta yeməyi və hədiyyələr veriləcək. Bunun müqabilində o, kraliçanın rəsmi səfərlərini, qatıldığı tədbirləri və kraliçanın elanlarını milyonlarla insana çatdırmalı, xeyli izləyici toplamalıdır”, deyə elanda qeyd olunub. (qafqazinfo)
Qaynarinfo.az