
Kəskin istilər 2100-cü ilə qədər hər il 152 min insanın ölümünə səbəb ola bilər.
"Qaynarinfo"nun "BBC"yə istinadən məlumatına görə, "The Lancet Planetary Health" jurnalının yaydığı məlumatda bildirilir ki, ekstremal hava şəraitinə görə 1981-2010-cu illərdə hər il 3 min insan ölürdüsə, 2071-2100-cü illərdə bu rəqəm 152 min nəfər olacaq. Avropa Komissiyasının da daxil olduğu araşdırmada göstərilir ki, yüksək temperatur ən ekstremal hava şəraiti hesab olunacaq və Cənubi Avropada insanların hava şəraitinə görə ölümünün əsas səbəbinə çevriləcək. Qlobal istiləşmədən daha çox Avropa və Cənubi Avropa əhalisi əziyyət çəkəcək.
Araşdırma qrupu qlobal istiləşmənin qarşısını almaq üçün lazımi tədbirlərin görülməsi, zərərli qazların atmosferə buraxılmasının azaldılması və s. addımların atılmasının vacibliyini vurğulayır.
Qeyd edək ki, son günlərdə Avropanın bir çox ölkələrində anomal hava şəraiti müşahidə olunur və temperatur 40 dərəcə ətrafındadır. Sabahdan etibarən Azərbaycanda da kəskin istilərin olacağı gözlənilir.
Gülşən
Qaynarinfo.Az



