
Malidə baş verən hərbi əməliyyatlardan canlarını götürüb Əlcəzairə sığınan malili ailələrin uşaqları missioner təşkilatları tərəfindən 1000 dollara satın alınaraq, Qərbdə imkanlı ailələrə satılırlar.
Qaynar.info-nun məlumatına görə, Əlcəzair Daxili İşlər Nazirliyi missionerlik fəaliyyəti ilə məşğul olan ABŞ vətəndaşlarına aid dərnəyin fəaliyyətini dayandırdıqlarını bildirib.
Ölkənin "El Haber" qəzeti də həmin missionerlik adı altında fəaliyyət göstərən həmin dərnəklərin uşaq alveri ilə məşğul olduqlarını bildirib.
BMT Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi məlumata görə, Fransanın dəstəklədiyi Mali ordusunun qiyamçılara qarşı hərbi əməliyyatlardan sonra ölkədən Əlcəzairə 1500-dən çox adam qaçıb.
Qaynar.info