İraq ordusunda xidmət edən 1070 kürd əsilli əsgər ordudan qaçaraq, Şimali İraq Kürd Bölgə İdarəçiliyinin hərbi qüvvələrinə qatılıb.
Qaynar.info-nun məlumatına görə, İraq ordusunun 16-cı briqadasında xidmət edən əsgərlərin bir müddət əvvəl Bağdaddakı şiə hökumətinin sünnilərə qarşı hərbi əməliyyat əmrini yerinə yetirmədikləri və aprel ayından bəri maaş və ərzaq ala bilmədikləri bildirilir.
Kürd idarəçiliyinin hərbi rəsmisi də ordudan qaçan əsgərlərin onlara qatılmaq istədiklərini təsdiq edib.
Qaynar.info