Xəbər lenti

1000 manata Türkiyədən toyuq alan azərbaycanlılar
Dünya09:57 21.09.2016

1000 manata Türkiyədən toyuq alan azərbaycanlılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Antalyanın Manavqat qəsəbəsində 7 il öncə kənd toyuğu və yumurtası satmaq işinə başlayan Abdülhakim Dağ hazırda toyuqlarını 2 min lirəyə satır.
A. Dağ 10 cinsdə 100-ə yaxın xüsusi toyuq və xoruz növü yetişdirir. 
Bəzi cins toyuqları o, 2 min lirəyə satır. A. Dağlının müştəriləri arasında Azərbaycan, İraq, İran, Kosova və Gürcüstan kimi ölkələrdən olanlar da var.
A. Dağ bu işə əvvəlcə hobbi olaraq yanaşırmış. Lakin hazırda o, əsl biznes yaradıb.
Ən ucuz yumurtanı 10, ən bahasını isə 50 lirəyə, ən ucuz toyuğu 50, ən bahasını isə 2 min lirəyə satır. (publika.az)
Qaynarinfo.Az