ABŞ-da yaşayan 101 yaşlı Robert Klement uzunömürlülüyünün sirrini açıqlayıb
Qaynarinfo-nun TODAY nəşrinə istinadən məlumatına görə, Klement uzunömürlülüyünün konkret sirrini bilmədiyini desə də, sağlam və xoşbəxt həyat üçün vacib hesab etdiyi prinsipləri bölüşüb.
Onun sözlərinə görə, insan ilk növbədə özünü olduğu kimi qəbul etməli və həyatdan zövq almağı bacarmalıdır.
"Özünüzü tanıyın və buna uyğun yaşayın. Kim olmağınızdan asılı olmayaraq, həyatınızı açıq və qürurla yaşayın. Bu, insana yaşamaqdan zövq verir", deyə o bildirib.
101 yaşlı Klement yaxın insanlarla yaxşı münasibətlərin də uzun ömür üçün əhəmiyyətli olduğunu vurğulayıb. O, həyatında böyük sevgi yaşadığını və bunun ona mənəvi güc verdiyini bildirib.
Dini inancın da həyatında mühüm rol oynadığını deyən Klement qeyd edib ki, dua və mənəvi dəyərlər ona çətinliklərin öhdəsindən gəlməyə kömək edib.
Qidalanma vərdişlərinə gəlincə, o, əsasən balıq, tərəvəz, süd məhsulları və yumurta ilə qidalandığını, qırmızı ətdən isə istifadə etmədiyini söyləyib. Bundan başqa, artıq spirtli içki qəbul etmədiyini də bildirib.
Bununla yanaşı, o, bəzən özünü sevdiyi şirniyyatlarla da mükafatlandırdığını gizlətmir. Ən sevdiyi desert vanilli dondurma və çiyələkdir.
Onun sözlərinə görə, valideynləri 70 yaşlarında vəfat ediblər. 101 yaşına qədər yaşamasının səbəbini isə belə izah edib:
"Düzünü desəm, bunun səbəbini bilmirəm. Sadəcə yaşadım və yaşamağa davam etdim. Özümü sağlam və tamamilə normal hiss edirəm."
Günay
Şərhlər