Xəbər lenti

102 yaşlı bəy, 91 yaşlı gəlin - Yeni rekord
Dünya18:50 26.04.2015

102 yaşlı bəy, 91 yaşlı gəlin - Yeni rekord

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
102 yaşlı Corc Kirbi ilə 91 yaşlı Doreen Lukki ailə həyatı qurmağa hazırlaşır. “Qafqazinfo” Daily Mirror-a istinadən xəbər verir ki, cütlük dünyanın ən yaşlı evlənənləri kimi rekordlar kitabına düşəcək. 
Toy iyun ayında, Corcun 103-cü yaş günündə baş tutacaq. 25 il münasibətdə olan cütlük nəhayət ki, evlənmək barədə qəti qərar verib.
“Artıq vaxtıdır. Dizi üstdə çöküb evlənək deməmişəm. Çünki çöksəydim ayağa qalxa bilməzdim”,- deyə Doreen jurnalistlərə açıqlamasında bildirib.
Qaynar.info