Hindistanın Bhopal şəhəri yaxınlığında yaşayan 103 yaşlı Həbib Nazar adlı kişi 49 yaşılı Firoz Yahan adlı qadınla evlənib.
Qaynarinfo bu barədə NDTV-yə istinadən xəbər verir.
Nazar və Yahanın keçən il evləndiyi bildirilir, lakin onların toy mərasiminin videosu yalnız 2024-cü ilin yanvarında yayılıb.
Bu, Həbib Nazarın artıq üçüncü evliliyidir. Əvvəllər o, iki dəfə evlənib və həyat yoldaşları vəfat edib. Heç nəyinin əskik olmadığını, ancaq özünü tənha hiss etdiyini bildirən 103 yaşlı kişinin ailə qurduğu Firoz Yahan da bundan əvvəl bir dəfə evlənib. O, 103 yaşlı kişi ilə evlənməyə razılıq verib, çünki baxacaq kimsəsi yoxdur. Qadın öz istəyi ilə ailə qurmaq qərarına gəldiyini və heç kimin onu buna məcbur etmədiyini vurğulayıb.
Firoz Yahan qeyd edib ki, ərinin səhhəti əladır və heç bir problemi yoxdur. Yaş fərqinə baxmayaraq, yeni evlənənlər xoşbəxtdirlər və ömürlərinin qalan hissəsini birlikdə keçirməyə hazırdırlar.
Aydın