Xəbər lenti

106 yaşında məktəbi bitirdi
Dünya06:48 06.03.2013

106 yaşında məktəbi bitirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Massaçusets ştatının Beverli şəhərinin sakini 106 yaşında məktəbi bitirib.

Fred Batlerə məktəbi bitirməsi haqqında şəhadətnamə, şəhər merinin və digər rəsmi şəxslərin iştirtakı ilə martın 4-də baş turan tədbirdə təqdim olunub. Yenicə şəhadətnamə almış məktəbli tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığını bildirib. O, həmçinin aldığı attestatı yüksək qiymətləndirdiyini də qeyd edib.

Batler məktəbdən 9-cu sinifdə oxuyarkən uzaqlaşmağa məcbur olub. O, anasına 5 bacı və qardaşlarını saxlamaqda kömək etmək məqsədilə mətbəədə işə başlayıb. İkinci Dünya Müharibəsindən sonra isə Batler şəhər Su təchizatı departemində çalışmağa başlayıb.

Qaynar.info