Xəbər lenti

11 ayda büdcədən 293 milyon manata yaxın vəsait geri qaytarılıb
Ekonomiks 11:58 16.12.2025

11 ayda büdcədən 293 milyon manata yaxın vəsait geri qaytarılıb

Bu ilin yanvar–noyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 292 milyon 704,3 min manat məbləğində vəsait geri qaytarılıb.

Qaynarinfo bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->