
ANS press-in məlumatına görə, gözlənilən miqrasiya amnistiyasına bu yaxınlarda Birləşmiş Ştatlara gəlmiş miqrantlara da aiddir.
Ötən həftə bu ideyanı həm demokratlar, həm də respublikaçı senatorlar dəstəkləyiblər. Onların hazırladığı qanun layihəsinə əsasən leqallaşma üçün şərtlər o qədər də çox deyil – cərimənin məbləğini, habelə vergi borclarını ödəyirsən və rahatca ABŞ pasportunu alırsan. Üstəlik, əgər ailə başçısı artıq ABŞ gəlibsə, həyat yoldaşı və uşaqları problemsiz vətəndaşlıq ala biləcək.
Hazırda ABŞ-a daha çox Meksikadan miqrantlar gəlir. Senatorlarla prezidentin yanaşmalardakı fərqi də məhz Meksika ilə bağlıdır. Senatorların təklifinə əsasən, öncə sərhəd bağlanmalı, sonra miqrasiya amnistiyası verilməlidir. Obama isə əksinə düşünür.
Qeyri-qanuni miqrantlar məsələsinin məhz indi gündəmə gəlməsi və onunla həm demokratların, həm də respublikaçıların maraqlanması heç də təsadüfi deyil. Son seçkilər göstərdi ki, etnik azlıqlar ABŞ siyasətində daha çox rol oynayır. Obama məhz onların səslərinə görə qalib gəlib. Ənənəvi Amerika elektoratı isə Romniyə səs verib və uduzub.