
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Suriya məsələsini müzakirə etmək üçün Parisə gedib.
Axar.az xəbər verir ki, sabah Parisdə baş tutacaq görüşə Türkiyədən əlavə Fransa, ABŞ, İngiltərə, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Almaniya, İordaniya, İtaliya və AB-nin xarici işlər nazirləri qatılacaq.
Görüşdə həmçinin Suriya müxalifətinin bir təmsilçisi iştirak edəcək.
Qaynarinfo.az