Xəbər lenti

11 partiyanın keçirəcəyi piketin vaxtı açıqlandı
Siyasət11:23 13.11.2014

11 partiyanın keçirəcəyi piketin vaxtı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratiya və İnsan Haqları Mərkəzi “Siyasi məhbuslar qeyd-şərtsiz azad edilsin” şüarı ilə piket keçirəсək. Aksiya noyabrın 29-na təyin olunub.

Demokratiya və İnsan Haqları Mərkəzində Klassik Xalq Cəbhəsi, Müsavat, Demokrat, Ümid, Azadlıq, Liberal Demokrat, Vətəndaş və İnkişaf, Aydınlar, Böyük Azərbaycan, Xalq, Azad Demokrat partiyaları təmsil olunur.

Klassik Xalq Cəbhəsi Partiyasının sərdi Mirmahmud Mirəlioğlu “Media forum” saytına bildirib ki, piketi noyabrın 29-u saat 12-də keçirmək nəzərdə tutulur: “Bakı Şəhər İcra Hakimiyyətinə müraciətdə piket ünvanı kimi Prezident Administrasiyasının, Ali Məhkəmənin, Baş Prokurorluğun qarşısı göstəriləcək. Bu üç yerdən birində aksiya təşkil etmək istəyirik”.

Qaynar.info