Xəbər lenti

11 qadının qatili edam edildi
Dünya08:58 04.01.2019

11 qadının qatili edam edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çində 1988-2002-ci illərdə 11 nəfəri qətlə yetirən Gao Chengyong edam edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Çin mediasında "Qarındeşən Cek" adlandırılan Gao 11 qız uşağı və qadının qətlində ittiham edilirdi. Qatil ilk cinayətini 1988-ci ildə 23 yaşlı qadını 26 dəfə bıçaqlayaraq həyata keçirib. Onun ən kiçik qurbanı 8 yaşlı qız uşağı olub. 
53 yaşlı Gao DNT analizi nəticəsində tutulub. Əmisi həbs ediləndən sonra onun qadınları qətlə yetirən şəxslə qohum olduğu müəyyənləşib və "Qarındeşən Cek" ələ keçib. 
Gülşən