Xəbər lenti

11 qızı zorlayan məşhur siyasətçi edam edildi
Dünya08:41 21.06.2013

11 qızı zorlayan məşhur siyasətçi edam edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çin Xalq Respublikasının qanunvericiliyi sərtliyi ilə seçilir, burada heç kimə güzəşt edilmir, hətta rəsmilərə belə. 

ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bir neçə gün öncə Xenan əyalətində 11 yeniyetmə qızı zorlayan dövlət işçisi edam edilib. Haqqında ölüm hökmü çıxarılan şəxs isə yüksək çinli məmur və siyasətçidir, o, əvvəllər Yunçen şəhərində Kommunist partiyası komitetində direktor müavini vəzifəsində çalışıb. Li Sunqun 2011-ci ilin sonundan, 2012-ci ilin may ayına qədər 11 həddi buluğa çatmamış qızı zorlamaqda ittiham edilib. Siyasətçi 2012-ci ilin may ayının 8-də cinayət başında polislər tərəfindən saxlanılıb: o məktəb yaxınlığında növbəti qurbanını güdürmüş. 

Dövlət işçisinin avtomobilində və kabinetində günahını sübut edən faktlar: hamiləliyə qarşı həblər, qurbanlar barədə informasiyalar tapılıb, ən azyaşlı qurbanın 12 yaşı olub. Li dərhal vəzifəsindən azad edilib, bir neçə gündən sonra isə haqqında həbs qətimkan qərarı çıxarılıb. 

Məhkəmənin ilk iclasındaca kommunist partiyasının funksioneri haqqında ölüm qərarı çıxarılıb. İkinci iclas məhkəmənin yuxarı instansiyası qərarı təsdiq edib. Məhkəmə hakimləri onun ən sərt şəkildə cəzalandırılması qərarına gəliblər. 

Qeyd etmək lazımdır ki, Li öz işində yaxşı rəhbər sayılıb. Hətta 2011-ci ildə o, işinin öhdəsindən layiqincə gəldiyinə görə 200 min yuan (32.6 min dollar) dəyərində premiyaya layiq görülüb. 

Çində son illərdə pedofilizmlə bağlı hadisələrin sayı artmaqdadı, hər belə xəbər çıxanda isə cəmiyyət içində böyük rezonans doğurur. Li Sunqunun ölüm hökmünə layiq görülməsi Çin hökumətinin pedofilizmlə sərt şəkildə mübarizə aparmaq niyyətində olduğunu göstərir. May ayının sonunda ÇİN Xalq Respublikasının Ali məhkəməsinin sədri Çjou Syan həddi buluğa çatmayanların hüquqlarının qorunmasına xüsusi diqqət ayrılacağını bildirib. O qeyd edib ki, onun başçılıq etdiyi idarə çinli uşaqların sağlamlığı və inkişafı üçün lazım olan bütün tədbirləri görəcək. 

Qaynar.info