Xəbər lenti

11 sentyabr hadisələrindən 17 il ötür (FOTOLAR)
Dünya06:45 11.09.2018

11 sentyabr hadisələrindən 17 il ötür (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün 11 sentyabr hadisələrindən 17 il ötür.
Qaynarinfo xəbər verir ki, 2001-ci ildə ABŞ-ın Nyu York şəhərində Dünya Ticarət Mərkəzinin Ekiz Qüllələrinə və Pentagona edilmiş hücum 2997 nəfərin ölümünə, 6 min nəfərin yaralanmasına səbəb olmuşdu. 19 Əl Qaidə terrorçusu tərəfindən ələ keçirilən 4 sərnişin təyyarəsindən 3-ü binalara çırpılmış, 4-cüsü isə Pensilvaniyada qəzaya uğramışdı. Hücum ABŞ-a 10 milyard dollar zərərə başa gəlmişdi.
Hadisədən sonra hücum barədə bir çox iddialar irəli sürüldü. Hücum vaxtı məktəb ziyarətində olan Corc Buşun hadisəyə soyuqqanlı reaksiyası o dövrdə ABŞ-ın hücum barədə xəbərdar olduğu, hətta təşkilində iştirak etməsi barədə fikirlərin yaranması ilə nəticələndi. Ən böyük iddialardan biri ABŞ-ın Əl Qaidəni hədəf göstərərək Əfqanıstanda müharibəyə başlamaq üçün bu terroru təşkil etməsidir. 
Gülşən