Xəbər lenti

"11 sentyabr terroru"nun ideya müəllifləri hakim qarşısına çıxacaq
Dünya11:26 31.08.2019

"11 sentyabr terroru"nun ideya müəllifləri hakim qarşısına çıxacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da 11 sentyabr terrorunun əsas memarı olan Xalid Şeyx Məhəmməd və digər 4 nəfər hakim qarşısına çıxarılacaq.
Qaynarinfo CNBC-yə istinadən xəbər verir ki, X.Ş.Məhəmməd, Valid Məhəmməd Saleh Mübarək, Rəmzi Binəlşib, Əli Əbdül Əziz Əli, Mustafa Əhməd Adəm Əl Havsavinin məhkəmə prosesi 11 yanvar 2021-ci ilə təyin edilib. Xalid Şeyx Məhəmməd 2003-cü ildə Pakistanda təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb və 2006-cı ildə Quantanamo həbsxanasına transfer olunub. Digər 4 nəfər isə 2002-2003-cü illərdə Pakistanda tutulub. 
Beş şəxs təxminən 3 min cinayətdə ittiham edilir. X.Ş.Məhəmməd Əl-Qaidə ilə əlaqədar terror hücumlarında, 2002-ci ildə Balidəki gecə klubunda törədilən, 1993-cü ildə Dünya Ticarət Mərkəzində baş verən teraktda, həmçinin 2002-ci ildə jurnalist Daniel Pörlün qətlində günahlandırılır.
Terrorçulara qarşı irəli sürülən ittihamlar sübuta yetirilsə, onları ölüm cəzası gözləyir. 
Gülşən