Xəbər lenti

Həqiqətin üzə çıxmasına bir həftə qaldı: "Tanrının oğlu" yenə gündəmdə (FOTO)
Dünya07:20 04.09.2019

Həqiqətin üzə çıxmasına bir həftə qaldı: "Tanrının oğlu" yenə gündəmdə (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məşhur ingilis konspirasiya nəzəriyyəçisi Deyvid İkin "The Trigger" kitabı 11 sentyabrda işıq üzü görəcək.
Qaynarinfo xəbər verir ki, yazıçının iddiasına görə, kitabda 11 sentyabr 2001-ci ildə törədilən terakta dair həqiqətlər əks olunub. D.İk bildirir ki, Əkiz Qüllələr və Pentaqona hücum qlobal planın tərkib hissəsi olub, dünyanı idarə edən gizli "İlluminati" cəmiyyəti tərəfindən təşkil edilib. 3 minə yaxın insanın həyatına son qoyan terror hadisələri dünyada vacib dönüş nöqtəsi olub və bir çox proseslərin gedişatına güclü təsir göstərib.
Yazıçı kitabı qələmə almaq üçün hadisənin şahidləri, polislər, memarlar, pilotlar, yanğınsöndürən, hökumət rəsmiləri, kəşfiyyat üzvləri ilə danışıb. D.İk deyir ki, o heç bir tərif gözləmir, sadəcə, həqiqət axtarışındadır və baş verənləri qurbanların yaxınları ilə paylaşmaq istəyir.
Qeyd edək ki, Deyvid İk daha əvvəl də müzakirələrə səbəb olan kitablar dərc edib. O, 1991-ci ildə BBC efirində özünü "Tanrının oğlu" adlandırıb. Yazıçı dünyanın timsahabənzər reptilian tərəfindən idarə edildiyinə, planetimizin güclü zəlzələ və sunamilər nəticəsində dağılacağına, bütün ölkələrdə faşist rejim qurulması üçün işlər görüldüyünə inanır.
Gülşən