11 yaşılı bir qıza təcavüz edib, sonra da öldürən şəxs, xalq tərəfindən əvvəl lüt soyundurularaq döyə-döyə öldürülüb. Musavat.com-un məlumatına görə, qorxunc linç hadisəsi yenə Hindistanda yaşanıb.
Təcavüzdən axtarılan adamı polislərdən əvvəl xalq tapıb. Nagaland eyalətindəki təcavüz vəhşiliyindən sonra toplanan hirsli insanlar, tecavüzçünün axtarışına çıxıb.
Bir daxmada tutulan təcavüzçü, əvvəl lüt soyundurulub. Ardından əllərində çubuqlar olan min adam tərəfindən döyə-döyə öldürülüb.
İbo Ça adlı 18 yaşılı tecavüzçünün öldürülməsindən sonra hadisə yerinə gələn polis, heç kimi həbs edə bilməyib. Ümumiyyətlə bu kimi hadisələr Hindistanda çox baş verir. Xalq, bu tipli cinayətkarların cəzasını özü verir. Polislər də buna şərait yaradırlar. Başqa çarələri də olmur.
Qaynar.info