
Callum adlı 12 yaşlı proqramçı qazandığı pullarla dünyanın ən yeni "Ferrari" avtomobilinə sahibi olub.
Qaynar.info-nun məlumatına görə, ilk "Ferrari"sini 10 yaşında alan Callum həm də dünyanın ən gənc "Ferrari" sahibi adını qazanıb.
Proqram yazmaqla məşğul olan və inkişaf etdirdiyi bir neçə proqramı 8.5 milyon sterlinqə Google-a satan Callum məhz bu sahədə qazandığı pulla 3-cü "Ferrari"ni satın alıb.
Hazırda Callum "Ferrari 355 Berlinetta", "458 Italia Spider" və "599GTO" "Ferrari" avtomobil modellərinə sahibdir.
Qaynar.info