Xəbər lenti

120 il əvvəl nə vətənimiz var idi, nə də dövlətimiz – Kazinyan
Dünya10:33 03.01.2021

120 il əvvəl nə vətənimiz var idi, nə də dövlətimiz – Kazinyan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyirminci əsrin əvvəllərində Osmanlı imperiyasının əhalisindən biri idik. Bu vaxta qədər bizim nə vətənimiz var idi, nə dövlətimiz, nə də dövlətçiliyimiz. Gəlin, bunu açıq etiraf etməyi bacaraq. Məni qınayanlar olacaq, bilirəm, tarix isə tarix olaraq qalır. 120 il əvvəldən danışıram.
Modern.az "Hraparaq"a istinadla xəbər verir ki, bu sözləri Vahid Ermənistan Partiyasının rəhbəri Artur Kazinyanın "Oğru evdən olmasaydı” adlı məqaləsində yazıb.
Kazinyan bildirib ki, ikinci Qarabağ savaşında baş verənlər kabus deyildi, ermənilərin görmək istəmədiyi gerçəkliyin son nöqtəsi idi: 
"Düşmən məğlubiyyətini qəbul etmədi, dirəndi. Otuz il ərzində yaralarını sağaldaraq bizi Qarabağdan çıxardı. O bizi bölmək, bir-birimizə düşmən etmək üçün fürsət axtarırdı. Və o fürsəti tapdı. İndi vaxt Bakının xeyrinə işləyir”.