Xəbər lenti

1200 metr yüksəlikdən özünü yerə atdı İNTİHAR
Dünya11:16 08.10.2013

1200 metr yüksəlikdən özünü yerə atdı İNTİHAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Moldavada dəhşətli intihar hadisəsi baş verib. Kişinyov sakini özünü paraşütdən, 1200 metr yüsəklikdən ataraq intihar edib.

ANN.Az-ın "Lenta.ru"ya istinadən xəbərinə görə, insident 6 oktyabr tarixində baş verib. Əvvəlcə mətbuatda həmin şəxsin paraşütü aça bilmədiyindən dolayı öldüyü yazılıb. Ancaq polis rəsmiləri bunun intihar hadisəsi olduğunu bildiriblər. Həmin şəxsin avtomobilindən vida məktubu da tapılıb.

Moldovanın paraşüt idmanı federasiyasından da, kişinin özünü öldürdüyünü bildiriblər. Paraşüt instruktorunun açıqlamasına görə, paraşütdə heç bir problem olmayıb, sadəcə intiharçı bu addımı əvvəlcədən planlaşdırıb. O, özüylə birlikdə bıçaq da götürüb.

İntiharın səbəbi hələlik dəqiqləşdirilməyib.

Qaynar.info