Xəbər lenti

13 il axtarışda olan azərbaycanlı tutuldu - RUSİYADA
Dünya14:48 30.03.2016

13 il axtarışda olan azərbaycanlı tutuldu - RUSİYADA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“İnterpol” xətti ilə axtarışda olan və Rusiyada tutulan şəxs Azərbaycana ekstradisiya olunub.
Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Akif Mövludə oğlu Əmiraslanov Rusiyanın Volqoqrad şəhərində saxlanılıb.
A.Əmiraslanov bu ay Azərbaycana ekstradisiya olunub və 1 saylı İstintaq Təcridxanasına yerləşdirilib.
Əslən Dəvəçi (indiki Şabran) rayonundan olan A.Əmiraslanov 2003-cü ilin may ayından Suraxanı Rayon Polis İdarəsinin 33-cü bölməsi tərəfindən axtarışda olub. Daha sonra “İnterpol” xətti ilə axtarışa verilən A.Əmiraslanov Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunur. (report.az)
Qaynar.info