Xəbər lenti

13 il əvvəl ölən nənədən mesaj "gəldi"
Dünya07:01 20.10.2014

13 il əvvəl ölən nənədən mesaj "gəldi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərədə yaşayan Emerson ailəsi qəribə hadisə ilə üzləşib. Qaynar.info xəbər verir ki, ailənin 2001-ci ildə ölmüş nənəsindən mesaj gəlib.

Belə ki, Lesley Emerson 2001-ci ildə bağırsaq xərçəngindən vəfat edib. O, bütün günü mobil telefonu ilə oynamağı və ailəsinə mesaj yazmağı çox sevdiyindən ailəsi telefonunu da onunla birlikdə basdırmaq qərarına gəlib.

13 ildən sonra isə nənə Emersonun nömrəsindən 22 yaşlı nəvəsi Şeriyə mesaj gəlib: "Gözüm üstündədi. Hər şey yaxşı olacaq". Şeri nənəsinin nömrəsinə "Sən kimsən?" cavabını yazıb. Növbəti mesaj isə belə olub: "Sən izləyirəm və əmin ol, hər şey daha yaxşı olacaq".

Sirli hadisənin səbəbi çox keçmədən aydınlaşıb. Ailə nömrənin bağlı olduğu GSM operatoruna müraciət edib və məlum olub ki, Lesley Emersonun nömrəsi ölümündən sonra başqa birinə satılıb. Nömrənin yeni sahibinin dostları isə belə bir zarafat etmək qərarına gəlib. O, Emerson ailəsindən üzr istəyib. GSM operatoru isə onlara bir daha bu nömrənin istifadə olunmayacağı sözünü verib.

Qaynar.info