Xəbər lenti

13 ildə 15 şagirdini 400 dəfə zorladı
Dünya17:18 10.08.2013

13 ildə 15 şagirdini 400 dəfə zorladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsveçrənin Bellinzona şəhərində üzgücülük üzrə məşqçi işləyən Flavio Bomio, 1998–2011-ci illərdə şagirdi olmuş 15 oğlan uşağına qarşı cinsi təcavüz etməkdə ittiham olunaraq, 11 il həbs və 167 min frank təzminata məhkum edilib.

Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 15 il əvvəl baş verən bir pedofil hadisəsi, vəkillərin işə qarışması ilə ortaya çıxıb. 

İsveçrə Prokurorluğu, F.Bomionun, o zaman ən kiçiyinin yaşı 13 olan qurbanları ilə ən azı 400 dəfə cinsi əlaqədə olduğu iddiası ilə çıxış edib. Məhkəmədə suallara cavab verən Bomio cinsi əlaqə zamanı heç bir məcburiyyətin olmadığını və bunu tərəflərin razılığı ilə etdiyini bildirib. 

Hazırda 28 yaşında olan, həmin vaxtlarda isə 14 yaşında olduğunu deyən həmin qurbanlardan məhkəməyə ifadəsində bildirib ki, Bomio, bu cür əlaqənin çox normal olduğunu, qədim Yunanıstan da kişilərin bu cür əlaqələrə girdiyini deyirdi: “Ondan çox qorxurdum. Buna görə də nə deyirdisə, edirdim. İndi isə utanıramvə özümü iyrənc hiss edirəm”. 

Həmin vaxt 15 yaşında bir başqa qurban isə ailəsinin maddi vəziyyətinin yaxşı olmadığını bildirib. “Ailəm maddi sıxıntılar yaşayırdı. Bomio ailəmə borc verdi. Onun istəklərinə necə qarşı dura bilərdim?” – deyə qeyd edib.

Qaynar.info