Xəbər lenti

13 uşaq diri-diri yandı
Dünya08:19 02.04.2013

13 uşaq diri-diri yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Myanmanın paytaxtı Yanqonda uşaq evində baş verən yanğın zamanı 13 uşaq yanaraq ölüb. 

Rəsmilər şəhərin şərqində yerləşən bir məscid, bir məktəb və bir yataqxanadan ibarət olan uşaq evində baş verən yanğının qısaqapanmadan yarandığını ehtimal edirlər. 

Təxminən 75 uşağın olduğu yataqxanada yanğın baş verən zaman birinci mərtəbədəki 16 uşağın 3-nün xilas olduğu, qalanlarının isə yanaraq öldüyü bildirilir. 

Yanğına görə buddistləri günahlandıran müsəlmanlar uşaq evi qarşısında aksiya keçiriblər. 

Müsəlman Gənclər Təşkilatının rəhbəri Zau Min Hun binada elektrik məftillərinin yeni olduğunu və yanğının qəsdən törədildiyini bildirib. 

Qaynar.info