ABŞ-ın Vermont əyalətində 13 yaşlı 8-ci sinif şagirdi Etan Sonneborn qubernator olmaq üçün namizədliyini irəli sürüb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Ebu Bristol ərazisində yaşayan Etan bu addımı ilə ən gənc namizəd kimi ABŞ tarixinə düşüb. O, Demokratlar Partiyasının namizədidir və avqust ayında keçiriləcək seçkilərdə 2 nəfərlə mübarizə aparacaq.
Sonneborn bildirir ki, qubernator vəzifəsində silah nəzarəti qanunu və evsizlərin mənzil ehtiyacları kimi bir çox dəyişiklik üçün çalışmaq niyyətindədir.
Qeyd edək ki, Vermontda namizəd olmaq üçün yaş məhdudiyyəti tətbiq edilmir.