Xəbər lenti

13 yaşlı zorlanmış qıza ölüm cəzası verildi - FACİƏ
Dünya08:29 05.06.2013

13 yaşlı zorlanmış qıza ölüm cəzası verildi - FACİƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Pakistanda 13 yaşlı qız zorlandıqdan sonra polisə şikayət edərək, "həyasızlıq" etdiyinə görə ölüm cəzasına layiq görülüb. İctimaiyyət qızın ailəsini onu öldürərək, namus ləkəsini üzərlərindən silməyə çağırıb.

Rusiya mətbuatının verdiyi xəbərə görə, Karaçi şəhərindən bir qədər aralıda yerləşən qəsəbədə 13 yaşlı qızcığaz Kainat Somroya ölüm cəzası verilib, səbəb də ondan ibarətdir ki, o, onu zorlayan şəxslər barədə polisə şikayət edib. "The Daily Mail" qəzetinin xəbərinə görə, 4 gənc Kainata hücum edib və növbəylə onu zorlayıblar. O baş verən hadisəni gizlətmək əvəzinə, polisə şikayət ərizəsi verib. Baş verən hadisədən xəbər tutan qəsəbə sakinləri qızın hüquqi yardım almaq üçün müraciət etməklə ailəsini biabır etdiyi və milli adət-ənənəni pozduğu barədə qərar çıxarıblar. Qızın atasına və qardaşına vaxt verilib ki, zorlanmış qızın həyasızlığına görə onu qətl etsinlər. Ancaq Kainatın doğmaları qəsəbə sakinlərinin istəyini rədd ediblər və qızın Pakistan qanunlarına uyğun olaraq hüquqi yardıma müraciət etməsini dəstəkləyiblər. Bundan sonra isə onların qəsəbədəki həyatı dözülməz olub. Qızı "qara bakirə" adlandırmağa başlayıblar, atasını bir neçə dəfə küçədə döyüblər, qardaşını isə öldürüblər.

"Onlar öz bacımı öldürmədiyimə görə məni nakişi adlandırırlar", - Kainatın digər qardaşı Sabir deyib. Ailə Karaçiyə köçmək məcburiyyətində qalıb, vəkil tutaraq məhkəmə tarixini gözləməyə başlayıblar. Ancaq məhkəmənin hakimi qızın işinə baxdıqdan sonra onun ittihamlarını "fantaziya" adlandırıb. // ANN.Az