Türkiyənin İsparta vilayətində Süleyman Dəmirəl adına universitetin gül və gül məhsulları araşdırma və tədqiqat mərkəzi uzun müddət təravətli qalan gül yetişdirməyi bacarıblar.
Şüşə plafonun içində məhlulda saxlanılan güllərin ərsəyə gəlməsi üçün şəkər, üzvi maddələr, minerallar və vitaminlərdən istifadə olunub. Yeni növ gülləri istənilən torpağa əkmək olur və kökündən qoparıldığında, adi güllər ən çox iki həftə öz təravətini qoruduğu halda, bu güllər 4 aya qədər solmadan qala bilir.
Mərkəzin müdiri Fatih Əli Canlı qarşıdan gələn 14 fevral sevgililər günündə bu güllərin sevgiliyə təqdim etmək üçün ideal seçim olacağını bildirib.