Xəbər lenti

14 may seçkilərində iştirak edəcək partiyalar (TAM SİYAHI)
Dünya13:47 11.03.2023

14 may seçkilərində iştirak edəcək partiyalar (TAM SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Ali Seçki Şurası (MSK) mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində iştirak edə biləcək 36 partiyanın siyahısını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə seçkilərə hazırlıq işlərinə başlayan MSK məlumat yayıb.
Məlumata görə, səsvermə yerli vaxtla saat 08:00-dan 17:00-yədək davam edəcək. Sonuncu seçki məntəqəsi bağlandıqdan sonra səslərin sayılması prosesi başlayacaq və protokollar MSK-ya göndəriləcək. Bununla eyni vaxtda KİV real vaxt rejimində bülletenlərin işlənməsinə dair məlumatları açıqlayacaq.
Dünən axşam MSK ölkədə ümumi seçkilərin mayın 14-də keçirilməsi barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarını təsdiqləyib. Əgər birinci turda prezident postuna namizədlərin heç biri 50 faizdən çox səs toplamasa, seçkilərin ikinci turu mayın 28-də keçiriləcək.
Hazırda seçkilərdə indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və altı müxalifət partiyasının koalisiyası tərəfindən namizədliyi irəli sürülmüş Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu iştirak edirlər. Digər siyasi partiyalar da prezident vəzifəsinə öz namizədlərini irəli sürə bilər.
Seçkiyə qatılacaq partiyaların siyahısı: 
Ədalət Birlik Partiyası, Ədalət Partiyası, Ədalət və İnkişaf Partiyası (AKP), Anavətən Partiyası, Müstəqil Türkiyə Partiyası, Büyük Birlik Partiyası, Büyük Türkiye Partiyası, Cumhuriyyət Xalq Partiyası (CHP), Demokratiya və İştirak Partiyası, Demokratik Sol Partiyası, Demokratiya Partiyası, Əmək Partiyası, Gələcək Partiyası, Gənc Partiya, Güc Birliyi Partiyası, Xalq və Müstəqillik Partiyası, Xalqın Qurtuluş Partiyası, Xalqların Demokratik Partiyası, Hür Dava Partiyası, İYİ Partiya, Məmləkət Partiyası, Millət Partiyası, Milliyətçi Hərəkat Partiyası, Milli Yol Partiyası, Səadət Partiyası, Sol Partiyası, Türkiyə Dəyişim Partiyası, Türkiyə İşçi Partiyası, Türkiyə Komminist Hərəkatı, Türkiyə Komminist Partiyası, Vətən Partiyasl, Yenidən Rifah Partiyası, Yenilik Partiyası, Yeni Türkiyə Partiyası, Yaşıllar və Sol Gələcək Partiyası, Zəfər Partiyası.