Bu gün Ukraynada dörd atom elektrik stansiyası fəaliyyət göstərir - bunlar 15 nüvə bloku deməkdir və onların hamısı Rusiyanın hərbi təcavüzü səbəbindən təhlükə altındadır.
Qaynarinfo xəbər verir ki, bunu Yaponiya parlamentində onlayn çıxışı zamanı prezident Volodimir Zelenski deyib.
Dövlət başçısının Yaponiya parlamenti qarşısında çıxışı ikitərəfli münasibətlər tarixində ilk dəfə olub.
Zelenskinin sözlərinə görə, bu iki döblətin paytaxtlarını bir-birindən 8193 kilometr – təyyarə ilə orta hesabla 15 saat məsafə ayırsa da: "Bizim azadlıq hisslərimiz, yaşamaq arzularımız, sülh arzularımız arasında heç bir məsafə yoxdur”.
Dövlət başçısı Yaponiyaya Rusiyanın Ukraynaya müdaxiləsindən dərhal sonra köməyə gəldiyinə görə təşəkkür edib.
"Yaponiya Asiyada bu mövqenin lideri oldu. Siz dərhal Rusiyanın başlatdığı bu amansız müharibəni dayandırmaq, Ukraynada, həm də deməli, Avropada sülh üçün çalışmağa başladınız. Bu, həqiqətən də vacibdir. Bu, yer üzündə hər kəs üçün vacibdir”, - deyə Zelenski vurğulayıb.
Prezident qeyd edib ki, hər kəs 1986-cı ildə güclü partlayış baş vermiş Çernobıl Atom Elektrik Stansiyasının nə demək olduğunu bilir.
Alpər