Xəbər lenti

15 ildir millini çalışdıran baş məşqçi ilə yollar ayrıldı
İdman10:20 20.11.2021

15 ildir millini çalışdıran baş məşqçi ilə yollar ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uruqvay millisinin baş məşqçisi Oskar Tabareslə yollar ayırılıb.
Qaynarinfo xəbər verir ki, Uruqvay Futbol Federasiyası 15 ildir komandaya rəhbərlik edən uruqvaylı çalışdırıcı Tabaresin istefaya göndərildiyini açıqlayıb.
1988-1990-cı illərdə Uruqvayı çalışdırmış 74 yaşlı mütəxəssis "Boka Xuniors", "Milan", "Kalyari", "Velez Sarsfild" kimi komandalarda işlədikdən sonra 2006-cı ildə ikinci dəfə millinin başına keçib. Tabarezin rəhbərlik etdiyi Uruqvay millisi 2010-cu ildə keçirilən dünya çempionatının yarımfinalına qədər irəliləyib, 2011-ci ildə isə Amerika Kubokunun qalibi olub.
DÇ - 2022-nin Cənubi Amerika üzrə seçmə mərhələsində 4 matçda məğlub olan Uruqvay 16 xalla 7-ci pillədə qərarlaşıb.
Səbuhi Həsənov