Xəbər lenti

15 rəqibini öldürən dövlət başçısına 20 il həbs cəzası verildi
Dünya09:57 30.11.2019

15 rəqibini öldürən dövlət başçısına 20 il həbs cəzası verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Surinamın dövlət başçısı Desi Bouterse 1982-ci ildə edilən hərbi çevrilişdən sonra 15 müxalifətçini öldürdüyünə görə 20 il həbs cəzasına məhkum edilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Botersenin öldürdüyü iddia edilən şəxslər arasında hüquqşünaslar, jurnalistlər və professorlar da var. Onun barəsində istintaq 2007-ci ildə başlayıb. "Dekabr cinayətləri" adı ilə tarixə düşən qətl hadisələri ilə bağlı daha 24 nəfərə qarşı ittihamlar irəli sürülüb. Ölkə başçısı 2007-ci ildə sözügedən qətllərə görə, məsuliyyət daşıdığını etiraf edərək, ictimaiyyətdən üzr istəmişdi. O, bundan əlavə vəzifəsi müddətində insan hüquqlarının pozulması və digər cinayətlərdə də ittiham olunur.
Qeyd edək ki, Boterse özü də 1980-ci ildə hərbi çevriliş edərək, hakimiyyət başına gəlib. Hollandiyada hərbi təhsil alan Surinam prezidenti 2000-ci ildə isə Hollandiyadsa 474 kiloqram heroin daşımaqdan dolayı 11 il həbs cəzasına məhkum edilmiş, lakin barəsində irəli sürülən ittihamları rədd etmişdi. Vikiliksin 2011-ci il araşdırmasında isə Boutersenin 2006-cı ildə narkotik ticarətətində fəallaşdığı qeyd olunmuşdu. 
Boterse və özü kimi 15 çavuş və zabit 1980-ci ildə 
Camal