Xəbər lenti

150 illik bina bir neçə saniyədə dağıldı, uşaqlar son anda qurtuldu (VİDEO)
Dünya 17:11 17.10.2024

150 illik bina bir neçə saniyədə dağıldı, uşaqlar son anda qurtuldu (VİDEO)

Hindistanda uşaqlar 150 illik evin bir neçə saniyə içində dağılmasının yaxınında son anda xilas olub. 

Qaynarinfo xəbər verir ki, hadisə 11 oktyabrda Hindistanın Uttar-Pradeş ştatının Merat şəhərində baş verib. Küçə kamerasının görüntülərində bir qadının çanta əlində iki oğlanın qarşısında yol boyunca irəlilədiyi görünür. 

Bir neçə an sonra onların solundakı evin dağılmağa başladığı görülür və uşaqlar çətinliklə olsa da qaçmağa vaxt tapır. Onlar şokda olsalar da, zərər görmədən faciədən qurtulurlar. Yerli sakinlər səs-küy eşidərək küçəyə çıxıblar. Bina cəmi 10 saniyəyə viranəyə çevrilib.

Məlumatlara görə, dağılmış bina artıq uzun müddətdir ki, narahatlıq doğururmuş. Şəhər sakinləri xüsusilə güclü külək zamanı onun yanından keçməkdən qorxurmuş, çünki bina titrəyirmiş. Yerli məclis dəfələrlə bina sahibinə ya təmir etməyi, ya da binanı sökməyi tələb edən bildirişlər göndərsə də, sahib bu tələbləri qulaqardına vururb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->