Xəbər lenti

150 nəfəri öldürən alman pilot kimdir? - faktlar və fotolar
Dünya11:00 27.03.2015

150 nəfəri öldürən alman pilot kimdir? - faktlar və fotolar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyanın Barselona şəhərindən Almaniyanın Düsseldorf şəhərinə uçarkən Fransa ərazisində, Alp dağlarının keçilməz dağ-dərəsində qəzaya uğramış və 150 nəfərin ölümünə səbəbkar olmuş pilot haqqında müxtəlif məlumatlar yayılır. Qeyd edək ki, Almaniyanın "Germanwings" şirkətinə məxsus təyyarənin pilotu alman əsillidir və o, laynerin ikinci pilotu olub. 
Qəzaya
Pilotlar huşsuz olub
Barcelonadan qalxan və Almaniyanın Düsseldorf şəhərinə getmək üzrəykən Fransanın cənubunda düşən təyyarədə olan qara qutu ilə bağlı açıqlamalar gəlir. Musavat.com-un xarici mediaya istinadla verdiyi məlumata görə, ilk günlərdə Finlandiya televiziyası pilotların eniş anında huşsuz olduqlarını iddia edib.
Finlandiya Aviasiya Agentliyi və Nəqliyyat Təhlükəsizliyi xidmətinin baş direktoru Pekka Henttu deyib: "Qara qutudaki ilk məlumatlar eniş anında kabinənin tamamilə səssiz olduğu istiqamətindədir".
Futbolçular təyyarəyə minməyib
İsveçrənin "Le Matin" qəzeti isə İsveçin üçüncü liqasında oynayan "Dalkurt FF" futbol klubu oyunçularının Kataloniyada təlim-məşq toplanışından sonra Dusseldorf üzərindən İsveçə dönmə planının son anda klubun rəhbəri Adil Kızıl tərəfindən ləğv edildiyini yazıb.
Qəzetin yazdığına görə, səfərin uzun sürəcəyi səbəbindən klub rəhbəri bu qərarı alıb və oyunçular qəzaya uğrayan təyyarəyə minməyib.
Kokpit
Şübhələr ikinci pilotun üzərində...
Daha sonra qəzanın araşdırlması ilə məşğul olan rəsmi şəxslər bildiriblər ki, Almaniyanın "Germanwings" şirkətinin Fransada qəzaya uğramış təyyarəsinin ikinci pilotu təyyarənin idarəsini öz üzərinə götürərək, enişə başlayıb".
Daha əvvəl "New York Times" qəzeti adı açıqlanmayan təhqiqatçıya əsasən yazmışdı ki, çərşənbə axşamı Fransanın Alp dağları üzərində qəzaya uğramış "Airbus 320" təyyarəsinin pilotlarından biri kabinəni tərk etdikdən sonra kilidlənmiş qapının arxasında qalaraq öz yerinə qayıda bilməyib.
Uçuşun audio yazısını təhlil edən təhqiqatçı isə bildirib ki, pilotun qapını döydüyünə baxmayaraq ona cavab verən olmayıb.
"Bayırdakı kişi qapını döyür, amma cavab yoxdur. Onun qapını daha möhkəm döyərək yerindən vurub sındırmağa çalışdığını eşitmək olar" - audioyazını təsvir edən təhqiqatçı belə deyib.
Təhqiqata yaxın olan daha bir mənbə vəziyyətin bənzər təsvirini "France Press" agentliyi ilə bölüşüb.
Bu mövzu ilə bağlı Marsel prokuroru rəsmi açıqlama ilə çıxış edib. O, təyyarənin qara qutusunun təhqiqatı əsasında deyib ki, hava gəmisini 2-cu pilot qəsdən dağa çırpıb. Kopitdən bayıra çıxan ikinci pilotu içəri buraxmayıb və təyyarənin enmə düyməsinə basaraq, qəza törədib. Marsel prokuroru deyib ki, təyyarənin çırpılması anına qədər 2-ci pilotun nəfəs alması aydın şəkildə lent yazısın da öz əksini tapıb.
İkinci pilotun kimliyi açıqlanıdı
Fransada qəzaya uğramış Almaniyanın "Germanwings" şirkətinə məxsus təyyarəni qəzaya uğradan ikinci pilotun kimliyi açıqlanıb. Pilotun evinin şəkilləri də mətbuatda yayımlanıb.
Məlumata görə, Andris Lubits adlı pilotun Almaniya vətəndaşı olduğu bildirilib. Hadisəni araşdıran prokuror ikinci pilotun terrorla əlaqəsi haqqında məlumata malik olmadığını bildirib. 
Almaniyalı rəsmilər yaxın günlərdə pilotun keçmişi və şəxsi həyatı haqqında məlumat veriləcəyini qeyd ediblər. 
İkinci pilot və İŞİD
“Facebook”da paylaşılan pilotu dəstəkləyən status ikinci pilotun İŞİD-lə əlaqəsi olması haqqında da şübhələr yaradıb. 
Anspress-in məlumatına görə, 150 nəfəri qəsdən öldürməkdə günahlandırılan köməkçi pilotun şəxsiyyətinin açıqlanmasının ardından "Facebook"da hamını şoka salan bir paylaşma edilib. 
Əsas pilotun kobinədən çıxmasından istifadə edərək qapını bağlayıb təyyarəni başı aşağı yerə salan Andreas Lubitzin kimliyi açıqlanandan sonra "Facebook"da "İŞİD qəhrəmanı Anders Lubitzə dəstək" adlı səhifə yaradılıb. 
Özüylə birlikdə 150 adamın ölümünə səbəb olan köməkçi pilotun fotoşəkilinin paylaşıldığı səhifədə "Allah sizi sevir" yazısı diqqət çəkib. 
Görənləri şoka salan səhifə qısa bir müddət sonra "Facebook" tərəfindən bağlanılıb. 
Depressiyadan əziyyət çəkib
Fransada qəzaya uğrayan “A320” təyyarənin ikinci pilotu Andreas Lubits depressiyadan əziyyət çəkib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Spiegel nəşrinin müxbiri məlumat yayıb.
“4U9525 saylı reysin ikinci pilotunun dostlarının məlumatına görə, Andreas Lubits 2009-cu ildə depressiya səbəbindən təhsildə fasilə edib”, deyə jurnalist pilotun dostlarına istinadən bildirib.     
Müəyyən müddətdən sonra Lubits “Lufthansa”nın təlim  mərkəzində təhsilini davam etdirib və 2013-cü ildə pilot qismində uçuşlara cəlb edilib.  
Qeyd edək ki, Marsel şəhərinin prokuroru Bris Roben təyyarənin qəsdən qəzaya uğradılması ilə bağlı şübhələr olduğunu deyib.
O köməkçi pilotun təyyarəni qəsdən aşağı sürdüyünü, qəza törətdiyini söyləyib. Hadisə baş pilotun kabinəni tərk etməsindən sonra baş verib.
Prokuror bildirib ki, yardımçı pilot qapını içəridən bağlayaraq baş pilotun kabinəyə daxil olmasına imkan verməyib, yəni qapını məqsədli şəkildə açmayıb.  Bris Robenin sözlərinə görə, 20 dəqiqə davam etmiş uçuş zamanı pilotlar normal söhbət edib, onların danışığında heç bir şübhəli məqam qeydə alınmayıb.
Polis ikinci pilotun evinə baxış keçirib
Polis bir müddət əvvəl  qəzaya uğrayan “A320” təyyarənin ikinci pilotu Andreas Lubitsin evinə baxış keçirib. 
Psixiatr müalicəsi alıb
Fransada “А320” təyyarəsini qəsdən qəzaya uğratmaqda şübhəli bilinən 28 yaşlı pilot Andreas Lubits ümumilikdə 1,5 il psixiatr tərəfindən müalicə alıb.
APA-nın “TASS”a istinadın verdiyi xəbərə görə, bu barədə Almaniyanın Bild nəşrinə Lufthansa şirkətindəki mənbələr  bildirib.    
Nəşr həmçinin “А320” təyyarəsinin göyərtəsində qəzadan əvvəl baş verənlərin  bəzi təfərrüatlarını əldə edib. “Bild” qeyd edir ki, kabinəyə daxil ola bilməyən ekipaj komandiri qapını hətta balta ilə qırıb içəri keçməyə cəhd edib.  
Qeyd edək ki, martın 24-də 4U 9525 reysi ilə Barselonadan Düsseldorfa uçan təyyarə 8 dəqiqəlik sürətli enişin ardından qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 150 adam həlak olub. Sərnişinlər arasında Almaniya, İspaniya, Avstriya, Türkiyə, Danimarka və Belçika vətəndaşlarının olduğu bildirilib.
Beləliklə, məlum olur ki, depressiyadan əziyyət çəkən, psixiatr müalicəsi alan, intihara meylli bir gənc adam özüylə bərabər 149 nəfərin həyatına son qoyub. Onların içində 20-yə qədər yeniyetmə və uşaq da vardı...
Qaynar.info