16 Mayda Şəhriyar del Geraninin “darıxmağın adı” şeirlər və esselər kitabının təqdimatı keçiriləcək.
Qaynar.info-nun verdiyi xəbərə görə, Sahil bağında (Sahil metro-stansiyasının çıxışı) keçiriləcək təqdimatda tanınmış qələm adamları, şou-biznes nümayəndələri, incəsənət xadimləri, media nümayəndələri iştirak edəcək.
Təqdimat mərasimində tələbələr üçün hədiyə qutusu nəzərdə tutulub. Kitab müəyyən qurumlar tərəfindən alınıb həmin qutuya yerləşdirilərək tələbələrə hədiyə ediləcək. Müəllifin sözlərinə görə kitab satış üçün dükanlara paylanılmayacaq.
Təqdimat mərasimi 16:00 - 18:00 saatlarında keçiriləcək.
Qaynar.info

