Myanma prezidenti Win Myint 7 min nəfərə şamil ediləcək əfv sərəncamı imzalayıb.
Qaynarinfo xəbər verir ki, əfv edilənlərin əksəriyyəti narkotik ticarətində ittiham edilib.
Myanmada 17 apreldə 9 min nəfərin azad edilməsi barədə də qərar qəbul edilib. 3-cü sərəncamla silahlı qrup üzvləri və siyasi məhbusların azadlığa buraxılması gözlənilir.
Qeyd edək ki, əfv sərəncamlarının kütləvi icrası hələlik həyata keçirilməyib.
Gülşən