
Gürcüstanın Batumi şəhərində 16 yaşlı qızın ölümündə İran vətəndaşı təqsirli bilinir.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, dünən gecə saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi İran vətəndaşının fotosunu yayımlayıb və Türkiyə tərəfi ilə onun saxlanılması barədə danışıqlar aparıldığı bildirilib.
Məlumata görə, 1985-ci il təvəllüdlü Möhəmməddin Ruintan iyunun 22-də “Sarpi”(Türkiyə) gömrük buraxılış məntəqəsindən Gürcüstan ərazisinə keçib və iyulun 23-də yenə həmin məntəqədən ölkəni tərk edərək, Türkiyə tərəfə keçib.