Xəbər lenti

1600 at gücündə sənət əsəri: Cəmi bir dənə istehsal olunub (FOTO)
Dünya 19:50 07.08.2026

1600 at gücündə sənət əsəri: Cəmi bir dənə istehsal olunub (FOTO)

Fransanın lüks hiperkar istehsalçısı "Bugatti" "Programme Solitaire" fərdiləşdirmə proqramı çərçivəsində hazırladığı yeni "Destrier" modelini təqdim edib.

Qayanrinfo xəbər verir ki, cəmi bir nüsxədə istehsal olunan avtomobil 16 avqust 2026-cı ildə ABŞ-da keçiriləcək "Pebble Beach Concours d'Elegance" sərgisində dünya ictimaiyyətinə nümayiş etdiriləcək.

"Destrier" texniki baxımdan "Bugatti Bolide" modeli ilə eyni platformanı paylaşır. Avtomobil 8,0 litrlik, dörd turbokompressorlu W16 mühərriklə təchiz edilib və 1 600 at gücü hasil edir.
 


Yeni modelin dizaynı 1930-cu illərin əfsanəvi "Bugatti Type 57" seriyasına ehtiram əlaməti kimi hazırlanıb. Təxminən bir metr hündürlüyündə olan avtomobil geniş arxa qanadları, axıcı kuzov xətləri və işıqdan asılı olaraq rəng çalarını dəyişən xüsusi "Sapphire Celeste" mavi boyası ilə diqqət çəkir.

Salon yarış avtomobilindən fərqli olaraq dəbdəbəli materiallarla işlənib. İnteryerdə təbii dəri, nubuk, mis saplarla toxunmuş xüsusi parçalar, əl işi alüminium detallar və avtomobilin yeganə nüsxə olduğunu göstərən 1/1 işarəsi yer alıb.
 


"Bugatti" modelin qiymətini açıqlamayıb. Lakin "Programme Solitaire" proqramı çərçivəsində hazırlanan eksklüziv avtomobillərin qiymətinin 20 milyon ABŞ dollarını keçdiyi bildirilir.

"Destrier" 15-16 avqust tarixlərində Kaliforniyada keçiriləcək "Monterey Car Week" çərçivəsində sərgiləndikdən sonra ad açıqlanmayan kolleksiyaçı sahibinə təhvil veriləcək.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->