
İngiltərənin paytaxtı Londonda 1600 illik məzar tapılıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, inşaat zamanı aşkar edilən məzarlığın 18-ci əsrdə tapılaraq qarət edildiyi iddia olunur. Məzar daşının yana çəkildiyi və qəbirin üstünü tam örtə bilmədiyi bildirilir.
Qəbir analiz üçün London Muzeyinin arxivinə aparılıb.
Muzey işçiləri bu tapıntının əsilzadə nəslindən olan birinə aid olduğunu və muzey üçün olduqca əhəmiyyətli olduğunu açıqlayıb.
Gülşən
Qaynarinfo.Az