Xəbər lenti

165 min uşağın ilk məktəb qədəmləri - Azərbaycanda Bilik Günüdür
Ölkə05:26 15.09.2016

165 min uşağın ilk məktəb qədəmləri - Azərbaycanda Bilik Günüdür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.
2016-2017-ci tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək. 4 472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415 242 nəfər təşkil edəcək.

Yeni dərs ilində Bakı şəhəri üzrə isə 43 397 şagird ilk dəfə məktəbə qədəm qoyacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq.

Bu il ölkə üzrə 29 yeni məktəb istifadəyə veriləcək. 

Bundan əlavə, 17 məktəbdə əsaslı, 384 məktəbdə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.

Həmçinin yeni tədris ilində 2 internat məktəbi əsaslı təmir olunub istifadəyə veriləcək. 

Qaynarinfo.Az