"Transfermarkt" portalının yenilənmiş reytinqinə əsasən, "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal dünyanın ən bahalı futbolçusu elan edilib.
Qaynarinfo xəbər verir ki, Yamal siyahıya 200 milyon avro dəyəri ilə başçılıq edir.
İlk beşlikdə həmçinin "Real Madrid"in futbolçuları Cud Bellinqem və Kilian Mbappe, daha əvvəl birinci pilləni bölüşən "Mançester Siti"dən Erlinq Haland (hər biri 180 milyon avro) və "Real Madrid"dən Vinisus (170 milyon avro) yer alıblar.
2024-cü il oktyabrın 28-də Lamin Yamal ilin ən yaxşı gənc futbolçusu seçilmişdi. Ötən il o, İspaniya millisinin heyətində Avropa çempionu olmuşdu. Finalda komandası İngiltərəni 2:1 hesabı ilə məğlub etmişdi.
2024/25 mövsümündə Yamal "Barselona"nın heyətində La Liqada 35 oyun keçirərək 9 qol vurub və 13 məhsuldar ötürmə edib. Komandası ilə birlikdə həm İspaniya çempionatının, həm də ölkə kubokunun qalibi olub.
İyunun 8-də İspaniya millisi Millətlər Liqasının finalında Portuqaliyaya məğlub olub. Yamal komandanın heyətində yer alıb.
Aydın
Şərhlər