Xəbər lenti

17 yaşlı şagirdini qaçıran müəllim tutuldu
Dünya11:38 10.11.2017

17 yaşlı şagirdini qaçıran müəllim tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Osmaniye əyalətində Anadolu İmam Hatip Liseyinin tarix müəllimi və eyni zamanda müdir müavini Hazar Doğan 17 yaşlı şagirdini qaçırdığı üçün saxlanılıb.
"Qaynarinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan 12-ci sinif şagirdini qaçıran tarix müəllimi qızın ailəsinin şikayətindən sonra növbətçi məhkəməyə çıxarılıb. 17 yaşlı qız isə ifadəsində öz razılığı ilə müəlliminə qoşulub qaçdığını bildirib. O, ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.Az