Xəbər lenti

19 yaşlı gözəlçə 100-ə yaxın insan öldürüb - FOTO
Dünya05:52 17.02.2014

19 yaşlı gözəlçə 100-ə yaxın insan öldürüb - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Da Deyli Aytem" qəzeti Miranda Barbaur adlı qızın, özünün sözlərinə görə, 100-ə yaxın insanı qətlə yetirdiyini yazır.

Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında 19 yaşlı qızın silsilə cinayətlər törətdiyi ortaya çxııb. "Da Deyli Aytem" qəzeti Miranda Barbaur adlı qızın, özünün sözlərinə görə, 100-ə yaxın insanı qətlə yetirdiyini yazır.

Hazırda ştat polisi dəhşətli cinayətkarın iddiaları ilə bağlı araşdırma aparır. Qızın çoxsaylı cinayətlər törətməsi barədə hələlik heç bir dəlil əldə olunmayıb.

Lakin qız özü bunu etiraf edib və bildirib ki, 22-ci qətldən sonra qurbanlarını saymağı dayandırıb. Şeytani qüvvələrə qulluq etdiyini deyən qız cinayətləri də onların sifarişləri ilə həyata keçirdiyini qeyd edib.

Qızın sonuncu cinayətində yoldaşı Elit Barbaur da ortaq olub. Hər iki cinayətkarı edam cəzası gözləyir. // ANS Press