2022-ci ildə 1,3 milyon insan Rusiyanı tərk edib. Bu səbəbdən ölkə 1998-ci ildən bəri ən böyük işçi çatışmazlığı ilə üzləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi "Twitter” səhifəsində məlumat yayıb.
Qeyd edilib kimi, Rusiyanın Mərkəzi Bankı 14 min işəgötürən arasında sorğu keçirib. Məlum olub ki, azad işçilərin sayı 1998-ci ildən bəri ən aşağı səviyyədədir.
Son üç ildə pandemiya və Ukraynada müharibə səbəbindən Rusiya əhalisi gözləniləndən 2 milyon nəfər çox azalıb. Xüsusilə, 1,3 milyona qədər insan Rusiyanı tərk edib. Rusiya Federasiyasının Telekommunikasiya və Rabitə Nazirliyi İT işçilərinin təxminən 10%-nin (100 min) ölkəni tərk etdiyini və geri qayıtmadığını bildirib.
"Səfərbərlik, tarixin ən yüksək səviyyəli mühacirəti, qocalıq və azalan əhali sayı işçi qüvvəsi təklifini məhdudlaşdırır. Bu, çox güman ki, Rusiya iqtisadiyyatının potensial artımını azaldacaq və inflyasiya riskini artıracaq", deyə Britaniya kəşfiyyatı bildirib.
Qeyd edək ki, ötən ilin sentyabrında Rusiyada qismən səfərbərlik elan edildikdən sonra yüz minlərlə rusiyalı ölkəni tərk etməyə başlayıb. Onların bir çoxu geri qayıtmaq fikrində deyil. Gürcüstanda səfərbərlikdən qaçan ruslar hazırda əhalinin demək olar ki, 8%-ni təşkil edir.
Aydın